> <
Bakıda silsilə oğurluqlar edən keçmiş məhkum ƏLƏ KEÇDİ – FOTO/VİDEO | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4250 - dəfə oxunub

Bakıda silsilə oğurluqlar edən keçmiş məhkum ƏLƏ KEÇDİ – FOTO/VİDEO

Spread the love

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6 500 manat pulun oğurlandığını deyib.

Eyniməzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

“Elman Hüseynzadənin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı GENERALDAN AÇIQLAMA – FOTO
15/08/2022
Deputat qazilərlə görüş keçirdi – Fotolar
13/08/2022
“Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər” – Nazirlik rəsmisi
12/08/2022
Özünü hərbi polis kimi təqdim edən qadın barəsində protokol tərtib edildi – FOTO
09/08/2022
Ermənilər son sutkada atəşkəsi 10 dəfə pozdu
08/08/2022
Peşə məktəblərinə tələbə qəbulu başladı
01/08/2022
Ölmüş körpənin xəstəxanadan qaçırılmasından öncə içəridə nələr baş verib? – ANBAAN GÖRÜNTÜLƏR
29/07/2022
Ölmüş körpəni doğum evindən belə qaçırdılar – ANBAAN VİDEO
28/07/2022
Azərbaycanda epidemioloji vəziyyət… – TƏBİB
28/07/2022
Çimərliyə gedənlərə – Xəbərdarlıq
28/07/2022
Broker Əbülfəzin HƏBSİ an məsələsidir… – Broker Əbülfəzin Azərbaycana vurduğu ziyan, Hitler Almaniyasının SSRİ-yə vurduğu ziyandan 4 dəfə artıqdır…
28/07/2022
”Dünyagöz Klinikasında” həkim əməliyyat zamanı xəstəni kor etdi – ŞİKAYƏT
26/07/2022
Şəhid atası vitse-spikerə qarşı kampaniyadan qəzəblənib – “Utanın, abrınız olsun!”
26/07/2022
Ağdamın icra başçısının oğlu günü 1200 manata istirahət edir – FOTO
26/07/2022
Valideynlər buna görə 4 il həbs edilə bilər
26/07/2022