> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4214 - dəfə oxunub

Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər

Spread the love

"İyunun 8-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının vətəndaşı Mirhəsən Seyidovun naməlum şəxslər tərəfindən oğurlanması və azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə müraciət daxil olub".

Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, qeyd edilən müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin gün saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət edib, birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərmiş və oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb edib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

11.06.2021-ci il tarixdə Anar Mehdiyev və Rafiq Hüseynov CM-nin qeyd edilən maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Cəbrayılın Cəfərabad kəndindən görüntülər – VİDEO
13/06/2021
Cahit Bağcıdan Ərdoğanın Şuşa səfəri ilə bağlı açıqlama – FOTO
13/06/2021
İlham Əliyev: “Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”
13/06/2021
İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi
12/06/2021
Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT
12/06/2021
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər
11/06/2021
Sahibkarlar şəhid ailələrini və qaziləri işə götürsün – Deputatdan ÇAĞIRIŞ
11/06/2021
Saxta COVİD arayışına görə vəzifəli şəxslər haqda cinayət işi başlandı
11/06/2021
Ermənistan qoşunları Kəlbəcərdə Azərbaycan mövqelərini atəşə tutub
10/06/2021
100 minlik qol saatları oğurlayan şəxs tutuldu – FOTO
10/06/2021
Azərbaycanda iki vəzifəli şəxs barəsində cinayət işi başlandı – RƏSMİ
10/06/2021
Azərbaycanda vəzifəli şəxs iş başında döyüldü – VİDEO
10/06/2021
Ərdoğan Bakıda Türkiyə-Uels oyununu izləyəcək – VİDEO
09/06/2021
Rusiyadan Bakıya reyslər bərpa olunur – Diaspor sədri qiymətlərdən narazıdır
09/06/2021
Keçmiş məmurun qızı ilə bağlı daha bir qalmaqal – Dələduzluqda ittiham olundu
09/06/2021