> <
Bakıda DƏHŞƏT: Ögey qızı və kürəkəni qadını öldürüb gölə atdı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

Bakıda DƏHŞƏT: Ögey qızı və kürəkəni qadını öldürüb gölə atdı

Spread the love

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qurumdan daxil olan məlumatda deyilər:
25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilmişdir.

Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqlayıb – Bakıdakı qətlin təfərrüatı
16/06/2021
Bakıda kişi özünü dənizə atdı
16/06/2021
100 minlik qol saatları oğurlayan şəxs tutuldu – FOTO
10/06/2021
Narkotacir “Mail Naxçıvanski”nin qətlinin təfərrüatı – VİDEO
09/06/2021
Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
09/06/2021
Bakıda maşından 100 minlik qol saatı oğurlandı
08/06/2021
Vəkil Abdullayevin anası: “Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm”
05/06/2021
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl
03/06/2021
Şəmkir polisi silahlı şəxslərə qarşı əməliyyat keçirdi
31/05/2021
Aeroport yolunda ağır qəza – 2 ölü, 6 yaralı+Foto
24/05/2021
15 yaşlı qız faciəli şəkildə öldü
23/05/2021
Suraxanıda narkotiktacirlər dəstəsi saxlanılıb
22/05/2021
Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdı
20/05/2021
Rasim Məmmədovun bacanağı intihar etdi
18/05/2021
Apellyasiya Məhkəməsinin azadlığa buraxdığı “avtoş” sürücü ağır qəza törətdi – VİDEO
09/05/2021