> <
Bakıda “1 manatlıq” taksilər yığışdırılacaq – SƏRT TƏDBİRLƏR BAŞLAYIR | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4230 - dəfə oxunub

Bakıda “1 manatlıq” taksilər yığışdırılacaq – SƏRT TƏDBİRLƏR BAŞLAYIR

Spread the love

"Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır".

KIVNEWS.COM redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslardan danışan polkovnik bildirib ki, problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır:

"20 yanvar" adlandırılan ərazidə və "Koroğlu" metro stansiyasının yaxınlığında "1 manatlıq" taksi kimi tanınan və ya qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri arasında təbliğat apardıq. Dəfələrlə onlara müraciət etdik, bildirdik ki, bunların hamısı qanunun pozulmasıdır. Ərazidə polis olanda vətəndaşlar gizlənirlər, polis əməkdaşları uzaqlaşdıqda yenidən üzə çıxırlar.

Bir daha vətəndaşlara müraciət edirəm ki, çalışın BNA-nın təyin etdiyi marşrutlarla hərək edəsiniz. Bu marşrutlar üzrə təyin edilmiş avtobuslara minin, onlar hamısı nəzarətdədir"

V.Əsədov "28 may" metro stansiyasının qarşısında toplaşan mikroavtobuslar, eləcə də dayanan taksilərin digər nəqliyyat vasitələrinin hərəkətinə manəçilik törətmələrindən də danışıb:

"Bakı şəhəri üzrə yol hadisələrinin aşağı düşməsi bunu deməyə əsas verir ki, qeyd olunan istiqamətdə xidmət edən əməkdaşlarımız nəzarəti gücləndirib. Vurğuladığınız məsələ bizə göstərdi ki, gücləndirilmiş iş saatı ilə xidmət etməliyik. Əlaqəli əməkdaşlar da öz qayğısını burada əsirgəməməlidir. Hər işi yol polisinin üzərinə atmağın özü də ədalətsizlikdir".

Xatırladaq ki, ötən gün Xəzər rayonunda ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlər alıb. Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi deyilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021