> <
Bəzi kanallar batır: savadsızlıq, süni davranış… – Millət vəkili | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4219 - dəfə oxunub

Bəzi kanallar batır: savadsızlıq, süni davranış… – Millət vəkili

Spread the love

Televiziyalarda islahatlar aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq.
Kult.az xəbər verir ki, bu sözləri millət vəkili, təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir:

“Bəzi televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür?”

Millət vəkili maliyyə sıxıntısı olduğu haqda məlumatlar gəzən bəzi kanalların birləşməsini təklif edib:

“Televiziyaların ictimai rəyə təsiri sıfra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır”.

Millət vəkili bəzi kanalların artıq “batdığını” bildirib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Medianın İnkişafı Agentliyi bəyanat yaydı
04/06/2021
ATV-nin eks direktoruna “Space”də yüksək VƏZİFƏ VERİLİR
03/06/2021
Tanınmış jurnalist 15 ildən sonra yenidən televiziyada – FOTO
01/06/2021
Xəbər saytlarına da pul ayrılacaq
01/06/2021
Xəzər TV: Kütləvi ixtisarların başlaması barədə məlumatlar həqiqəti əks etdirmir
28/05/2021
Azərbaycanda məşhur aparıcı RADİOYA qayıtdı – ‘Dünyanın yeddinci qatındayam”
24/05/2021
Aparıcıya AMEA-da vəzifə verildi
19/05/2021
Bəzi kanallar batır: savadsızlıq, süni davranış… – Millət vəkili
12/05/2021
Türkiyə çempionatının qalibi son turda bəlli olacaq
11/05/2021
“Space”ə yeni rəhbər təyin olundu
05/05/2021
“Space”də yoxlamalar başladı – Vaqif Mustafayevin dövrü araşdırılır
14/04/2021
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi
08/04/2021
İcra başçısının junalistə qarşı iddiası icraata götürüldü
02/04/2021
Real TV-nin 3 yaşı oldu
15/03/2021