> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4218 - dəfə oxunub

“Azərişıq”dan Qarabağla bağlı yenilik

Spread the love

Azərişıq ASC 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərlə bağlı maraqlı yeniliyə imza atıb.

Kivnews.com Report-a istinadən xəbər verir ki, ASC həmin rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib.

Belə ki, abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.

“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bu addım azad edilmiş digər ərazilər üçün də atılıb:

“Əgər həmin ərazilərdə elektrik enerjisi istehlak olunursa bu o deməkdir ki, həmin rayonlarda elektrik enerjisi sayğaclarından da istifadə edilir. Həmin sayğacların da sayğac bazasında qeydiyyata alınması üçün isə mütləq abunəçi kodu olmalıdır. Abunəçi kodu dediyimiz həmin qeydiyyat kodları artıq müəyyənləşib və azad edilmiş ərazilərdəki sayğaclar həmin kodlarla fəaliyyət göstərir”.

Beləliklə, azad edilmiş rayonlarda qeydiyyata düşən qeyri-əhali qrupu abunəçilərin kodları belə olacaq.

Laçın – 42/011220

Zəngilan – 64/201020

Qubadlı – 39/251020

Kəlbəcər – 32/251120

Xocavənd – 28/091020

Qeyri-əhali qrupu üçün 9 və 11 simvoldan ibarət kod müəyyən edilib. Hazırda həmin ərazilərdə obyektlərin kodlaşdırılması və qeydiyyatı davam etdirilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı açıqlama: fırıldaqçılıq əməliyyatları…
17/06/2021
Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR-la… – Ərdoğan
15/06/2021
Rusiya Azərbaycandan pomidoru vaqonlarla daşımağa icazə verdi
14/06/2021
Xaricə gedənlər üçün bu tələb ləğv edilir
10/06/2021
Bakcell şəbəkəsi Şuşada!- Fotolar+Video
10/06/2021
“Aymin” və “Flaqman” kolbasalarını almayın – AQTA açıqladı YARARSIZDI
09/06/2021
Bu restoranlar cərimələndi: “Dominos pizza” və… – SİYAHI
08/06/2021
“Azərişıq”dan Qarabağla bağlı yenilik
08/06/2021
İyunun 10-dan Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana hava yolu ilə səfəri bərpa olunur
05/06/2021
Dizel də bahalaşacaq?
02/06/2021
İmkan varsa şərəfsizlik etməyin -Elmədddin Muradlı
02/06/2021
Neftin qiymətinin artması Azərbaycana nə vəd edir? – Deputat açıqladı
02/06/2021
“Aİ-95” markalı benzinin qiyməti qalxdı
02/06/2021
“Bakcell” və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib – FOTO
31/05/2021
“Xalq Bank” rekertliklə məşğuldur? – ŞOK İDDİA
27/05/2021