> <
“Azəriqaz”ın vəzifəli şəxslərinin həbsi xəbərlərinə – Rəsmi cavab | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4239 - dəfə oxunub

“Azəriqaz”ın vəzifəli şəxslərinin həbsi xəbərlərinə – Rəsmi cavab

Spread the love

Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılıb.
Məsələ barədə qurumun Baş direktoru Ruslan Əliyev feysbuk hesabında paylaşım edib.
“Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır.

Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm”, – o qeyd edib.

Baş direktor bildirib ki, İstehsalat Birliyinin qapıları hər zaman media, bloqer və QHT nümayəndələrinin, eləcə də, sadə vətəndaşların üzünə açıqdır:

“Yəni istənilən sualın cavabı özünü çox gözlətmir. Təəssüf ki, bütün bunlara baxmayaraq, yenə də dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir.

Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır.

Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu
24/06/2022
“YAŞAT” Fonduna daxil olan vəsaitdən nə qədəri xərclənib?
24/06/2022
Bu gün Elçibəyin doğum günüdür
24/06/2022
Gözəllik salonuna gedən qadın yeddi yaşlı qızı ilə birlikdə YOXA ÇIXDI
24/06/2022
Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir
23/06/2022
İlham Əliyevin marağına səbəb olan papaq – Video
23/06/2022
Türkiyə ordusu İraqda şəhid verdi
22/06/2022
General Babayevin saxlanıldığı iddiası…
21/06/2022
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu
21/06/2022
Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
20/06/2022
Azərbaycan Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydı
20/06/2022
Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara – DİN-dən cavab
18/06/2022
Süleymanini buna görə öldürdük – Pompeodan ŞOK AÇIQLAMA
18/06/2022
Ombudsmandan mina partlayışı ilə bağlı bəyanat
17/06/2022
Deputat AZAL-a Milli Məclisdən cavab verdi
17/06/2022