> <
Azərbaycanlı sevgilisini qətlə yetirən amerikalıya 40 il həbs cəzası verildi | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42131 - dəfə oxunub

Azərbaycanlı sevgilisini qətlə yetirən amerikalıya 40 il həbs cəzası verildi

Spread the love

ABŞ-da 40 yaşlı Erik Eqlstoun Minnesota ştatı Robbinsdeyl şəhərində azərbaycanlı sevgilisini qətlə yetirdiyinə görə 40 il həbs cəzasına məhkum olunub.
Amerika KİV-lərinin məlumatına görə, qətl 2020-ci ilin sonlarında törədilib.
Erik Eqlstoun 29 yaşlı Nigar (Nika) Məmmədzadə ilə birlikdə yaşadığı müddətdə bir qızları da dünyaya gəlib. Lakin onların münasibəti korlandıqdan sonra Nigar anasının yanına köçüb.

12 noyabr 2020-ci il tarixində Nigarın anası işdən qayıtdıqda qızını güllələnmiş halda tapıb. Dərhal polis çağıran qadın cinayəti Eqlstounun törətdiyindən şübhələndiyini bildirib. Nigarın anası öz ifadəsində qeyd edib ki, qızının birlikdə yaşadığı insan keçən axşam onların evində olub və Nigarın başqa insanla münasibət qurmaq planlarına şiddətli şəkildə qısqanclığını ifadə edib.

Eqlstoun həmin gün axşam saat 9 radələrində dostunun evinin yanında tapılıb. O, özünə də bıçaqla zərbələr endirib və intihar etmək istəyib. Yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Polis Eqlstounun avtomobilində axtarış apararkən Nigarın öldürüldüyü ov tüfəngini aşkar edib. Həmin avtomobilin Nigar Məmmədzadə tərəfindən avtosalonda kirayəyə götürüldüyü aydın olub.

Minnesota ştatının ədliyyə sisteminin hökm qaydaları prinsiplərinə əsasən, bu qəbildən olan qətllər üçün maksimum cəza 306 ay təşkil edir. Lakin rayon prokurorluğunun açıqlamasına görə, ağırlaşdırıcı hallar bu cəzanın daha sərt olmasına səbəb olub.

Nigar Məmmədzadə universiteti Bakıda bitirib, yapon dili ixtisası üzrə magistr dərəcəsi alıb və altı dildə sərbəst danışırdı. Həmkarları məhkəmədəki ifadələrində xoşbəxtlik üçün ABŞ-a getmiş, lakin faciəli ölümlə üzləşmiş N.Məmmədzadənin mehribanlığını, məsuliyyətli və həyat dolu olmağını xüsusi vurğulayıblar.

Mənbə: StarTribune

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi –DİN-dən açıqlama
04/10/2022
Lənkəranda axundu məscidin həyətində bıçaqladılar
29/09/2022
Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş
27/09/2022
Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı – FOTO
24/09/2022
DİN-dən tanınmış aparıcıya hücumla bağlı AÇIQLAMA YENİLƏNDİ (VİDEO)
23/09/2022
Sumqayıtda zavodda bədbəxt hadisə – Ölən var
23/09/2022
Bakıda bahalı “Range Rover”lə ağır qəza törədən görün kimdir – FOTO
21/09/2022
Bakıda FACİƏ: 18 yaşlı qız binadan düşdü – FOTO
20/09/2022
Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar – YENİLƏNDİ
12/09/2022
Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
07/09/2022
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ÖLDÜ
06/09/2022
İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritetin – Fotosu
04/09/2022
Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
04/09/2022
Salyanda gecələr evlərə girərək insanları dəmirlə döyən şəxs saxlanıldı – Görün kimdir? RƏSMİ (FOTO)
29/08/2022
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO
26/08/2022