> <
Azərbaycandan Həcc ziyarətinə ilk səfərin VAXTI AÇIQLANDI | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4269 - dəfə oxunub

Azərbaycandan Həcc ziyarətinə ilk səfərin VAXTI AÇIQLANDI

Spread the love

Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb.

KivNews.com xəbər verir ki, bu barədə “report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir:

“Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”.

QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub:

“16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq”.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı – Fotolar
04/10/2022
Mingəçevirdə narkotik əməliyyatı: 11 nəfər SAXLANILDI (FOTOLAR)
04/10/2022
Erməni diversantların Daşkəsənə basdırdığı minalar aşkar edildi – Foto
04/10/2022
Polis maşında qıcolma keçirən qadını belə xilas etdi – Video
02/10/2022
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI
01/10/2022
Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ
30/09/2022
25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO
29/09/2022
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
29/09/2022
Neyropsxioterapevt Nurana Kazımova və TADC bakanı psixoloq-Hakan Seyhan psixososial layihə…
27/09/2022
“Hər həftə duet oxuyuruq” – Şagirdi ilə videosu yayılan müəllim DANIŞDI
26/09/2022
TƏBİB sığınacaqdakı uşaqlar arasında yayılan dəri xəstəliyi barədə AÇIQLAMA verdi
24/09/2022
Videonu gəlin çəkib baldıza göndəribmiş…
24/09/2022
Azərbaycana payız gəldi
23/09/2022
Sakinlərin deputat Etibar Əliyevə müraciəti müsbət həll olundu – Suraxanıda daha bir küçə asfaltlandı
22/09/2022
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
22/09/2022