> <
Azərbaycanda məmurun sürücüsü cinayət törədərək Ukraynaya qaçdı — ŞOK FAKTLAR | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4226 - dəfə oxunub

Azərbaycanda məmurun sürücüsü cinayət törədərək Ukraynaya qaçdı — ŞOK FAKTLAR

Spread the love

Qaçqınların və Məcburi Köçkünlərin işi Üzrə Dövlət Komitəsində (QMKİÜDK) şöbə müdiri işləyən Nizami Allahverdiyevin sürücüsü Elnur Zahidoğlu dələduzluqda ittiham olunur.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elnur tamah niyyətilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Səbibəyə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib.
O, sonuncunun inam və etibarını qazanıb.
Səbibə oğlunu Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasına tələbə kimi qəbul olunmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda onun oğlunu həmin Akademiyaya tələbə kimi qəbul etdirmək imkanına malik olması görüntüsü yaradıb.

Elnur Səbibəni aldadaraq 2019-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129 saylı üvnanda yerləşən Qaçqınların və Məcburi Kömkünlərin İşi üzrə Dövlət komitəsinin qarşısında 6000 manat alıb.
İstintaq orqanı tərəfindən Elnurun barəasində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Şəki rayonu, Bolludərə kəndində ailəsilə birlikdə yaşayır:

“2019-cu ilin yanvarından oktyabrına kimi Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində şöbə müdiri işləyən Nizami Allahverdiyevin sürücüsü işləyib.

Onun ifadəsinə görə, “Nissan Maxima” markalı “AB” dövlət nişanlı avtomobili idarə edib:

“Təxminən 2019-cu ilin avqustunda tanımadığım bir nömrədən sonradan tanıdığım Səbibə adlı qadın zəng etdi.
O, maraqlanaraq mənim Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsində işlədiyimi öyrənməsini, özünün isə Kəlbəcər rayon qaçqını olmasını, onlara verilməli olan çörək pulunun niyə görə verilməməsi ilə maraqlandı. Bununla bağlı ona məlumat verməyimi xahiş etdi. Mən də öyrəndim, həmin Səbibə adlı xanıma zəng edərək çörək pulunun hal-hazırda verilmədiyini dedim. Səbibə mənə sonradan xalası oğlanları İsgəndər, Vüqar Şəki rayonu Bolludərə kəndində yaşadıqlarını bildirdi. Mən də həmin kənddə yaşadığımdan həmin şəxsləri tanıdığımı, onlar da mənim QMKİÜDK-də sürücü işlədiyimi biliblər”.

Elnurun ifadəsinə görə, bundan təxminən 10 gün sonra Səbibə xanım yenidən ona zəng edib və oğlunun İdman Akedemiyasına sənəd verdiyini, 2 balı çatmadığı üçün kəsildiyini bildirib:
“İdman Akademiyasına çatmayan balını yazdırmağa və Akademiyaya qəbul etdirməkdə köməklik göstərməyimi xahiş etdi. Səbibə xanıma maraqlanıb, ona məlumat verəyəcimi dedim. Bir həftə sonra Səbibə xanıma zəng vurdum, İdman Akademiyasına qəbulu üçün 6000 manat pul istənildiyini bildirdim. Səbibə xanım mənimlə razılaşdı. Halbuki bu barədə heç kimdən soruşmamışdım. 6000 manat pulu Səbibə xanımdan alaraq borclarım olduğu üçün borclarıma vermək istədim. Ertəsi gün “20 Yanvar” dairəsi yaxınlığında QMKİÜDK-nin qarşısına görüşmək barədə razılaşdıq”.

Elnur bildirib ki, ertəsi gün təxminən saat 11 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qarşısında Səbibə həyat yoldaşı, oğlu və qızı ilə birlikdə həyat yoldaşının idarə etdiyi “Vaz 2109” markalı avtomobil ilə gəliblər:

“Səbibənin həyat yoldaşının idarə etdiyi avtomobilə əyləşdim. Orada 6000 manat pulu Səbibə mənə verdi. Pulu götürüb yalandan avqust ayının sonuna kimi oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunacağını bildirdim. Bundan sonra işlərimin arxasıyca getdim. Səbibə və ailə üzvləri oradan getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Səbibə ona zəng etdikdə hər dəfə yalandan oğlunun Akademiya işini həll etdiyini deyib:

“Halbuki Səbibədən aldığım 6000 pulun bir qismini borclarıma, bir qismini Şəki rayonunda yaşayan ailə üzvülərimə göndərmişdim, bir qismini də öz şəxsi ehtiyaclarım üçün xərcləmişdim. Sentyabr ayı Səbibə mənə zəng vurduqda hər dəfə müxtəlif bəhanələr ilə onu aldadaraq oğlunu Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirəcəyimi vəd etdim. Səbibə oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirə bilmədiyimə görə pulunu geri tələb etməyə başladı. Ona pulunu yaxın müddət ərzində qaytaracağımı dedim. Səbibədən aldığım pulu ona qaytara bilmədiyim üçün Ukranyada yaşayan tanışımın yanına getdim. 1 ay sonra geri qayıtdım və Səbibə ilə polisə gəldim”.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. Hakim İslam Əliyevin sədrliyi ilə baş tutan iclasda cinayət işi araşdırılıb və sonda hökm elan edilib.

Hökmə əsasən, Elnur Zahidoğlu 1 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Füzulinin Gecəgözlü kəndindən görüntülər – VİDEO
11/06/2021
Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO
11/06/2021
Bu gün Azərbaycanda döyüşən livanlı terrorçuya hökm oxunacaq
11/06/2021
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu – ÖZƏL + FOTO
11/06/2021
Zəngilanın Məmmədbəyli kəndindən görüntülər – Video
10/06/2021
Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar – Səhiyyə Nazirliyi
10/06/2021
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
09/06/2021
BŞTİ-də vətəndaşların qəbulu bu tarixədək DAYANDIRILDI
08/06/2021
Azərbaycanda şok olay: 8-ci sinif şagirdini 38 yaşlı kişiyə nişanladılar FOTO YENİLƏNİB
08/06/2021
Təhsil Nazirliyi tələbələrin yekun dövlət attestasiyası ilə bağlı məlumat yayıb
07/06/2021
Suraxanıda daha bir küçə asfaltlandı – FOTO
07/06/2021