> <
Azərbaycanda benzin niyə bahalaşdı? – SOCAR-dan açıqlama | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4217 - dəfə oxunub

Azərbaycanda benzin niyə bahalaşdı? – SOCAR-dan açıqlama

Spread the love

“Aİ-95” premium markalı benzinlə “Aİ-98” super markalı benzinin qiyməti eyni nisbətdə 15 qəpik artırılıb. Hazırda “Aİ-95” premium markalı benzin 1 manat 40 qəpiyə, “Aİ-98” super markalı benzin 1 manat 55 qəpiyə satılır.
Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O bildirib ki, premium və super markalı benzin növləri Azərbaycana idxal olunur və buna görə də onların qiyməti dünya bazarlarındakı qiymətdən asılıdır:

“Dünyada neftin qiyməti və neft məhsullarına olan qiyməti artdıqca Azərbaycanda da məhz bu benzin növlərinin qiyməti artır, azaldıqca da azalır. Pandemiyadan əvvəl premium markalı benzinin qiyməti 1 manat 50 qəpik idi, pandemiya dövrün də 1 manat 10 qəpiyə düşdü. Bir müddət sonra 1 manat 25 qəpiyə qalxdı. İndi onun qiyməti 1 manat 40 qəpikdir. Bunun qalxması dünyada neftin qiymətinin qalxması və neft qiymətlərinin artması ilə bağlıdır.

Bu məhsulları, benzin növlərini satan zavod və şirkətlər onların qiymətini artırıblar. Azərbaycanda da onların qiyməti müvafiq olaraq artır. “Aİ-92” və və dizel yanacaq növləri Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin qiyməti Azərbaycanda istehsal olunduğuna görə dövlət tərəfindən tənzimlənir. Əslində gələcəkdə 2022-ci ildən sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiyanın hazırki mərhələsi başa çatdıqdan sonra həm də “Aİ-95” markalı benzinin istehsalı Azərbaycanda mümkün olacaq. Bu yanacaq növünün artıq idxalından asılı olmayacağıq. Onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi şəkildə tənzimlənə bilər”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021