> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4226 - dəfə oxunub

Azərbaycanda anomal istilər olacaq, temperatur 44 dərəcəyədək yüksələcək

Spread the love

“Bu həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq”.
Kivnews.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, günəşli gündüzlərin davamlı olması da havanın maksimum qızması üçün şərait yaradacaq:

“Sutkalıq temperatur normasından xeyli yüksək olan anomal güclü istilərlə əlaqədar bu günlərdə açıq havada olarkən kölgəli yerlərdə olmağa çalışın. Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur. Zəif və mülayim cənub-şərq küləkləri üstün olacaq”.

U.Tağıyeva yüksək temperatur rekordlarının yenilənəcəyinin gözlənildiyini bildirib: “Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir”.

Xidmət rəisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək yüksələcək: “Unutmayaq ki, beynəlxalq metodlara əsasən havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtük istilik effektini daha da artırır. Bu səbəbdən də şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək. İlkin hesablamalara əsasən həftənin sonunda güclü istilər bir qədər azalacaq”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Uşağın döyüldüyü deyilən video haqda – Rəsmi açıqlama
03/08/2021
Toya buraxılmayanların ümumi sayı açıqlandı
02/08/2021
Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində – FOTO
31/07/2021
Ən yüksək balı topladılar – Fotolar
31/07/2021
Yoluxanların sayı açıqlandı
30/07/2021
Metroda problem: Qatarların gecikməsinin səbəbi AÇIQLANDI
30/07/2021
Azərbaycanda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı – FOTOLAR
29/07/2021
Yoluxanların sayı 700-ü ötdü
28/07/2021
Tanınmış telejurnalist: “Həyat yoldaşımın həyatını məhv edən həkimin əməlinin düzgün qiymətləndirilməsini istəyirəm” – VİDEO – YENİLƏNİB
26/07/2021
“Otellərdə gizli kamera var” iddiası – Dövlət qurumları nə deyir?
26/07/2021
Bakı qeydiyyatlı avtomobillərə yeni seriya nömrəsi verilir – FOTO
24/07/2021
Günel Gözəlova ərini əməliyyat edən həkimi məhkəməyə verdi
23/07/2021
Bu xətalara görə cərimə ödəniləcək – Sürücülərin nəzərinə
23/07/2021
Elçibəyin oğlu evlənir – FOTO
22/07/2021
Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? – FOTO
21/07/2021