> <
“Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər” – Nazirlik rəsmisi | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4268 - dəfə oxunub

“Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər” – Nazirlik rəsmisi

Spread the love

Azərbaycan qlobal istiləşmənin qarşısının alınması üçün könüllü olaraq üzərinə bir sıra öhdəliklər götürüb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun sözlərinə görə, həmin öhdəliklərdən biri atmosferə atılan qazların həcminin 35 % azaldılmasıdır: “Əgər əvvəllər bizdə elektrik enerjisinin istehsalı mazut hesabına həyata keçirilirdisə, indi biz onu təbii qazla əvəz etməklə həmin dediyimiz 35 % azalmaya nail olmuşuq. Beynəlxalq təşkilatlarla əməkdaşlığa, gələcək perspektivə əsaslanaraq, biz azalmanı hətta 40 %-ə çatdıra biləcəyini bildirmişik.

İri sənaye dövlətləri – ABŞ, Kanada, Yaponiya, Çin, Rusiya və digər ölkələrlə müqayisədə iqlim dəyişilməsinə səbəb olan qazların buraxılması baxımından bizim töfhəmiz azdır. Lakin biz də istəyirik ki, bu təsirə məruz qalan bir ölkə kimi bu məsələdə lazımi qədər aktiv olaq”.

Rafiq Verdiyev deyib ki, qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoyacaq: “Temperaturun son 30 ildə 1,4 dərəcə artması, yağıntının 10-15 % azalması, son dövrdə quraqlıq illərin çoxalması onu göstərir ki, su resurslarımız 15 % azalıb. Bəzi ərazilərdə səhralığa meyillik artıb. Quru ərazilər genişlənir və bu da həmin o landşaftda şaquli istiqamətində dağlara doğru iqlimin sərtləşməsinə gətirib çıxarır.

Əgər havaya atılan karbon qazının miqdarı lazımi həddə tənzimlənməsə, hadisələr Azərbaycan üçün daha əlverişsiz ssenari üzrə cərəyan edər. Karbon qazının miqdarını lazımı hüdudda tənzimləmək mümkün olmasa, temperatur 4 dərəcə və daha çox arta bilər. Bu da o deməkdir ki, yağıntılar ciddi miqdarda azala bilər. Həmçinin, su resurslarımızın 30-35 % azalması ehtimalı var.

Temperatur 4 dərəcədən çox artarsa, buxarlanma çoxalarsa, ölkəmizin su resursları azala bilər. Bu da Xəzər dənizinə daxil olan suların azalmasına, dənizin səviyyəsinin bir neçə metr də aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə də uyğunlaşma tədbirləri keçirilməlidir. Beynəlxalq qurumlarla, Yaşıl iqlim fondu, BMT-nin digər təşkilatları, Qlobal ətraf mühit fondu və s. təşkilatlarla əməkdaşlıq edirik. Həmin o əməkdaşlıq çəçivəsində milli uyğunlaşma planı hazırlanır”.

Ekspert hesab edir ki, Azərbaycan ilk növbədə suya qənaət texnologiyaları tətbiq etməlidir: “Suvarma üçün götürülən suyun torpaq kanallarda itməsinin qarşısı alınmalıdır. Araşdırmalara görə, suvarma üçün mənbələrdən hər il 12 milyard kubmetr su götürülür və bunun 4 milyard kubmetrdən çoxu yolda itir. Suvarmada modern texnologiyaların olmaması üzündən götürülən suyun 2 milyard kubmetri də sahələrdə itir. Yəni suvarma üçün götürülən suyun yarıdan çoxu itkiyə gedir. Azərbaycan məhz bu amili nəzərə almalı, enerji böhranının qaçılmaz etdiyi qlobal istiləşmənin gözlənilən fəsadlarına belə problemlərin həlli ilə hazırlaşmalıdır”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı – Fotolar
04/10/2022
Mingəçevirdə narkotik əməliyyatı: 11 nəfər SAXLANILDI (FOTOLAR)
04/10/2022
Erməni diversantların Daşkəsənə basdırdığı minalar aşkar edildi – Foto
04/10/2022
Polis maşında qıcolma keçirən qadını belə xilas etdi – Video
02/10/2022
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI
01/10/2022
Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ
30/09/2022
25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO
29/09/2022
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
29/09/2022
Neyropsxioterapevt Nurana Kazımova və TADC bakanı psixoloq-Hakan Seyhan psixososial layihə…
27/09/2022
“Hər həftə duet oxuyuruq” – Şagirdi ilə videosu yayılan müəllim DANIŞDI
26/09/2022
TƏBİB sığınacaqdakı uşaqlar arasında yayılan dəri xəstəliyi barədə AÇIQLAMA verdi
24/09/2022
Videonu gəlin çəkib baldıza göndəribmiş…
24/09/2022
Azərbaycana payız gəldi
23/09/2022
Sakinlərin deputat Etibar Əliyevə müraciəti müsbət həll olundu – Suraxanıda daha bir küçə asfaltlandı
22/09/2022
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
22/09/2022