> <
“Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq” – “Alarabia” telekanalı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

“Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq” – “Alarabia” telekanalı

Spread the love

Nüfuzlu “Alarabia” telekanalının saytında “Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq” sərlövhəli məqalə dərc olunub.
Məqalədə 2022-ci ildə azərbaycanlı köçkünlərin erməni separatçılarından azad edilmiş Dağlıq Qarabağ və ətraf rayonlara qaytarılacağı qeyd olunub. Yazıda diqqətə çatdırılıb ki, 1990-cı illərdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayondan 750 mindən çox insan öz evlərindən didərgin düşüb.

Ötən ilin sentyabrında yenidən alovlanmış müharibə altı həftə davam edib və Rusiyanın vasitəçiliyi ilə atəşkəslə nəticələnib.
Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü köçkünlərin gələn ildən başlayaraq mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə qaytarılacağını bəyan edib. O qeyd edib ki, artıq torpaqların minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası həyata keçirilir. Azərbaycan Prezidenti Cənubi Qafqazda sabitliyə həsr edilmiş beynəlxalq konfransda çıxışında vurğulayıb ki, köçkünlərin qaytarılmasında əsas maneə minalanmış ərazilərin xəritələrini Ermənistanın Bakıya təqdim etməməsidir.

Prezident İlham Əliyev əlavə edib ki, atəşkəsdən sonra 20-dən çox azərbaycanlı mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olub. Eyni zamanda, Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan müharibə nəticəsində dağıdılmış ərazilərin bərpasına milyardlarla dollar vəsait xərcləyəcək.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021
“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”
08/06/2021
Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı – FOTO
04/06/2021
Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı
04/06/2021
Zaxarovadan Qarabağ AÇIQLAMASI
03/06/2021
Makron İlham Əliyevə məktub yazdı
03/06/2021
Nəqliyyat dəhlizləri açılacaq, bu qaçılmazdır – RUSİYADAN MÜSAHİBƏ
01/06/2021
Əli Əsədov Cahit Bağçı ilə görüşdü
31/05/2021