> <
Avropada da məktəblər bağlanır | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Avropada da məktəblər bağlanır

Spread the love

Avropada peyvəndləmə kampaniyasının gecikməsi fonunda bir çox ölkələrdə yoluxmaların sayı artır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC-nin məlumatında deyilir. Buna görə də mümkün üçüncü dalğanın qarşısını almaq məqsədilə hökumətlər sərt qapanmaları yenidən geri qaytarırlar.

Fransa ən azı aprelin sonunadək məsafədən təhsilə keçir

Avropanın ən böyük üçüncü ölkəsi olan Fransada sayca üçüncü qapanma qüvvəyə minir və bununla da məktəblər bağlanır. Ölkədə yeni məhdudiyyətlər tətbiq olunur. Gələn həftədən etibarən məktəblər bağlanır və ən azı aprelin 26-dək məsafədən təhsilə keçirilməsi planlaşdırılıb. Bütün ölkə ərazisində saat 19:00 – 06:00 aralığında komendant saatı tətbiq olunduğu üçün vətəndaşlara yaşadıqları ərazini tərk edərək uzaq məsafəyə getmək qadağan olunur.

İtaliya növbəti dəfə məktəbləri bağlayır

İtaliyada da eyni vəziyyət yaşanmaqdadır. Belə ki, Pasxa ərəfəsində ölkə tamamilə qapanmaya gedir. Roma və Milan şəhərləri də daxil olmaqla, ölkənin çox böyük bir hissəsində mağaza, restoran və məktəblər bir daha bağlanır və 3 gün (3-5 aprel tarixlərində) ölkə ərazisinin hər yerində tamamilə qapanma qüvvəyə minir. İnsanlardan işə getmək, səhhətlərində yaranmış problemlər və çox vacib hallardan başqa evdən çıxmamaq ciddi şəkildə tələb edilir.

Sloveniyada məktəblər 10 gün bağlı olacaq.

Sloveniyada 1 apreldən 11 aprelə qədər bütün uşaq bağçaları, məktəblər və universitetlər fəaliyyət göstərməyəcək. Xidmət sektoru müəssisələrindən ərzaq dükanları, apteklər, banklar, poçt şöbələri, yanacaqdoldurma məntəqələri və avtomobil xidmətləri fəaliyyətinə davam edə biləcək. Eyni ailənin üzvü olmayan insanların hər hansı yığıncaq və görüş keçirməsi qadağandır. Ölkədə saat 22: 00-dan 05:00-dək tətbiq olunan komendant saatı da qüvvədə qalır.

Ukraynanın paytaxtı Kievdə aprelin 5-dən yeni məhdudiyyətlər qüvvəyə minir. 

Kiyev meri Vitali Kliçko, aprelin 5-dən etibarən paytaxtda məktəblərin, uşaq bağçalarının bağlanması və ictimai nəqliyyata çıxışı məhdudlaşdırılması ilə sərt məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb. Məhdudiyyətlərin ən az 16 aprelə qədər davam edəcəyi planlaşdırılır. Bütün ictimai nəqliyyat – həm yerüstü, həm də metro həyati əhəmiyyətli müəssisələrin işçiləri üçün xüsusi icazə sistemi ilə işləyəcək. 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
BMT Myanmaya silah satışının dayandırılması barədə qətnamə qəbul edib – VİDEO
20/06/2021
Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
19/06/2021
Ruhani yeni seçilən Prezidentlə görüşdü – Foto
19/06/2021
Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı
19/06/2021
“Kəlbəcərə 17 avtomobil mina basdırmışıq” deyən polkovnik axtarışa verildi
18/06/2021
Fəlakətlər bitmək bilmir: Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”
18/06/2021
İstanbulda gəmi ilə qayıq toqquşub, ölənlər və yaralı var – FOTO
18/06/2021
Ukrayna parlamentində DAVA: “Güllələnməlidirlər…” – VİDEO
17/06/2021
ABŞ hökuməti Baydenlə Putinin görüşünü konstruktiv hesab edir
17/06/2021
Serj Sarqsyanın qardaşı oğlu həbs edildi
16/06/2021
Ermənistan XİN “Şuşa bəyannaməsi”nə KİN QUSDU: Türkiyə regiona TƏHDİDDİR
15/06/2021
Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə qaçır
15/06/2021
Putin: “Bizim peyvəndin tətbiqindən sonra ölüm halı qeydə alınmayıb”
13/06/2021
Roma Papası: “Kilsələr cinsi istismar hadisələri səbəbilə böhran yaşayır”
13/06/2021
Makronu şillələyən şəxs həbs olundu
11/06/2021