> <
“Atasının intiharla bağlı müəyyən şübhələri var” – Rüstəm Behrudi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

“Atasının intiharla bağlı müəyyən şübhələri var” – Rüstəm Behrudi

Spread the love

Azərbaycanın tanınmış şairi Rüstəm Behrudinin qardaşı İlham Alməmmədovun 17 yaşlı oğlu İsanın intiharı ilə bağlı ailəsinin müəyyən iddiaları var. Onun atası İlham Alməmmədov sosial şəbəkədə oğlunun şəklini paylaşaraq “Namərd adamlar, siz mənim oğlumu öldürdünüz!”,- deyə qeyd edib.
Rüstəm Behrudi “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşının oğlunun ölümü ilə bağlı müəyyən şübhələri var: “Amma bu təbii ki, intihardır. İlham müəllimin şübhələri var, ona görə yazıb ki, siz öldürdünüz.

Axşam saat 10-un yarısı indi yaşadıqları evdən çıxıb həmin evə gedib. Orada çay dəmləyib içib, sonra 15-ci mərtəbədən özünü atıb.

İlham müəllim atadır da, övladını itirib, yandığından elə deyir. İsanın intihar səbəbi ilə bağlı heç bir fərziyyə düşünə bilmirəm. Cavan uşaq idi, çox istedadlı, dünyanı təzəlikcə dərk edirdi, sıradan bir uşaq deyildi. Ailəsi ilə də heç bir mübahisəsi olmayıb”.

Binəqədi rayon prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı hələ ki, cinayət işi başlanılmayıb: “Material formasında araşdırma davam etdirilir. Əlavə məlumat verə bilmərik”.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Salyanda Kür çayında axtarılan 4 uşaq anası: “Məni axtarmayın, Bakıdayam”
20/06/2021
Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş – FOTO
19/06/2021
Qarabağda tikilən aeroportlarla bağlı yeni qərar
19/06/2021
Taksidə qabaqda oturanlar cərimələndi – Video
18/06/2021
Arif Quliyevin məzar daşı qoyulmayıb – Ailəsinin imkanı yoxdur
18/06/2021
Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub
18/06/2021
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
18/06/2021
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021