> <
Ata qızına heroin vuraraq öldürüb – Rəsmi açıqlama | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4231 - dəfə oxunub

Ata qızına heroin vuraraq öldürüb – Rəsmi açıqlama

Spread the love

Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”ya Xəzər rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə – heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqlayıb – Bakıdakı qətlin təfərrüatı
16/06/2021
Bakıda kişi özünü dənizə atdı
16/06/2021
100 minlik qol saatları oğurlayan şəxs tutuldu – FOTO
10/06/2021
Narkotacir “Mail Naxçıvanski”nin qətlinin təfərrüatı – VİDEO
09/06/2021
Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
09/06/2021
Bakıda maşından 100 minlik qol saatı oğurlandı
08/06/2021
Vəkil Abdullayevin anası: “Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm”
05/06/2021
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl
03/06/2021
Şəmkir polisi silahlı şəxslərə qarşı əməliyyat keçirdi
31/05/2021
Aeroport yolunda ağır qəza – 2 ölü, 6 yaralı+Foto
24/05/2021
15 yaşlı qız faciəli şəkildə öldü
23/05/2021
Suraxanıda narkotiktacirlər dəstəsi saxlanılıb
22/05/2021
Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdı
20/05/2021
Rasim Məmmədovun bacanağı intihar etdi
18/05/2021
Apellyasiya Məhkəməsinin azadlığa buraxdığı “avtoş” sürücü ağır qəza törətdi – VİDEO
09/05/2021