> <
Araq içdikdən neçə saat sonra maşın sürmək olar? | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4249 - dəfə oxunub

Araq içdikdən neçə saat sonra maşın sürmək olar?

Spread the love

Sərxoş halda avtomobil idarə edən sürücülər yol polisi tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq üçün min bir bəhanə gətirirlər. Bir çoxları az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmaqlarını deyirlər. Hətta onların arasında “rəis, dünən içmişəm, axı mən “piyan” deyiləm?” deyənlərə də rast gəlmək olar. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır. Nəticədə özünün və digər insanların həyatını təhlükəyə ataraq sükan arxasına əyləşən sərxoş sürücülər məsuliyyətə cəlb olunaraq cəzalandırılırlar.

Bəs sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?

KivNews.com xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qanunvericilikdə sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslərin müəyyənləşdirilməsinin konkret qaydalarının olduğunu bildirib.

“Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promille spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promille spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil”, – A.Əsgərli vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücünün sərxoş olmasını yol polisi əməkdaşı xüsusi setfikatı olan cihaz vasitəsi ilə müəyyən edir. Əgər mübahisəli vəziyyət yaranarsa, həkimə müraciət etmək lazım gəlir:

“Ola bilər ki, vətəndaş səhər saatlarında müəyyən qədər spirtli içki qəbul edib və axşama kimi onun orqanizmində spirt qalmayıb. Həmin şəxsi sərxoş adlandırmaq olmaz. Sürücünü DYP əməkdaşı xüsusi cihazla yoxlayır və heç bir problem aşkarlamırsa, o, yoluna davam edə bilər. Burada ikinci versiya da ola bilər. Axşam toy məclisində həddindən artıq spirtli içki qəbul edib, səhər saatlarında avtomobil idarə edirsə, müayinə zamanı onun orqanizmində spirtin miqdarı normadan artıq olacaq. Bu zaman həmin sürücü cərimələnir”.

Ekspertin fikrincə, sürücü az miqdarda spirtli içki qəbul etmiş olsa, xüsusi klinikaya gedib orqanizmində spirtli içkinin aşkar olunmaması ilə bağlı arayış ala və həmin arayışı DYP əməkdaşına təqdim edə bilər:

“Lakin bu arayışa baxmayaraq, DYP əməkdaşının cihazında spirtli içkinin miqdarı görünürsə, sürücü təkrar yoxlanışa getmək üçün xahiş edə bilər. Belə olan halda sürcünün də hüquqları var. Sürücü DYP əməkdaşından həmin cihazın sertifikatını tələb edə bilər”.

Xatırladaq ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib. Nəticədə səkkiz nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2022-ci ilin yanvar-mart aylarında isə sərxoş sürücülərin iştirakı ilə üç hadisə baş verib. Qəzalar zamanı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!
14/08/2022
Azərbaycanda abortların sayı rekord həddə çatdı: Məktəblilər də var – Siyahı
12/08/2022
Bakıda vulkan püskürdü – Video + Yenilənib
11/08/2022
Bülbülə və Əmircanda su kəsiləcək – XƏBƏRDARLIQ
06/08/2022
Şimşək çaxacaq, çaylarda sululuq artacaq – Xəbərdarlıq
30/07/2022
Sürücülərin DİQQƏTİNƏ: Bu dayanacaqda saxlasanız CƏRİMƏLƏNƏ bilərsiniz – VİDEO
28/07/2022
Meymunçiçəyinə yoluxanların çoxu homoseksual kişilərdir – Fransız nazir
26/07/2022
Qazaxda əkiz hərbçilər əkiz bacılarla evləndi – Video
25/07/2022
Azərbaycanda müəmmalı olay: Bir gündə 58 nəfər…
19/07/2022
Havanın temperaturu 44 dərəcəyə çatacaq
16/07/2022
Başçının müavini azyaşlı qızı döyüb? – “Biz bilmərik ki…” – İcra Hakimiyyəti
15/07/2022
ÜST açıqladı: bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
14/07/2022
Sabah hava küləkli olacaq
07/07/2022
ÜST-dən həyəcan təbili: Uşaqlar arasında meymunçiçəyinə yoluxma var
07/07/2022
Qan xərçəngi ilə mübarizə aparan Ayşənin sizə EHTİYACI VAR: Əməliyyat üçün son 20 gün qalıb – FOTO/VİDEO
05/07/2022