> <
Aprelin 5-dən Bakı başda olmaqla bu rayonlarda məktəblər bağlanır | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4239 - dəfə oxunub

Aprelin 5-dən Bakı başda olmaqla bu rayonlarda məktəblər bağlanır

Spread the love

Bildiyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021
4 nəfərin ölümünə səbəb olan qəzada “Range Rover”i kim sürürmüş? – Rəsmi açıqlama
14/06/2021
COVID-19 pasportu – Bizə hansı üstünlükləri verəcək?
14/06/2021
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu – Video
14/06/2021
Şuşa Ərdoğanın gəlişinə belə hazırlaşır – Fotolar
14/06/2021
Cəbrayılın Cəfərabad kəndindən görüntülər – VİDEO
13/06/2021
Cahit Bağcıdan Ərdoğanın Şuşa səfəri ilə bağlı açıqlama – FOTO
13/06/2021
İlham Əliyev: “Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”
13/06/2021
İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi
12/06/2021
Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT
12/06/2021
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər
11/06/2021