> <
ABŞ dövlət katibinin Əliyevlə müzakirə etdiyi 907-ci düzəliş –Nəyi nəzərdə tutur? | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4224 - dəfə oxunub

ABŞ dövlət katibinin Əliyevlə müzakirə etdiyi 907-ci düzəliş –Nəyi nəzərdə tutur?

Spread the love

“Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş bu il də müvəqqəti dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı məlumat verib.
Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.
Bu məqamda xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğal”ı və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılıb. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib.

O zamanlar ABŞ vitse-prezidenti olan Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Politoloq Elxan Şahinoğlu da ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığını şərh edib.

Politoloq ABŞ dövlət katibinin zəngini gecikmiş hesab etsə də, (Entoni Blinkenin daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla danışması və Bakıya zəng etməməsi İlham Əliyevin narazılığına səbəb olmuşdu), bildirib ki, bu, hər iki tərəf üçün vacib idi:

“Telefon danışığında ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir.

Təsadüfi deyil ki, Entoni Blinken İlham Əliyevə bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş ümumiyyətlə ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir”.

Onun sözlərinə görə, ABŞ dövlət katibinin İlham Əliyevlə məhz indi danışması ermənilərə soyuq duş effektidir:

“Çünki, ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, Prezidentin “soyqırım” ifadəsinin Türkiyə Cumhuriyyətinə aidiyyatı yoxdur. Oxşar açıqlama Pentaqondan da yayımlanıb.

Ayrıca, Entoni Blinken telefonda İlham Əliyevin Amerika Prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub.

İlham Əliyevin dilindən “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021
“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”
08/06/2021
Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı – FOTO
04/06/2021
Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı
04/06/2021