> <
Bizimlə əlaqə: | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:

Bizimlə əlaqə:

 Redaktor müavini: Cabir Əliyev

Telefon: 050-289-31-71,

              070-348-70-49

Email:  kivnews@mail.ru

https://www.facebook.com/profile.php?id=100014121215962

https://www.youtube.com/channel/UCrDTyFYeRTDKiwhdbYbzxsw

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı, Caspian Plaza

 

 


_____________________________________________________________________

 

Haqqımızda

«Kivnews.com» İnformasiya Portalı Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunundan çıxış edərək obyektivlik prinsipi əsasında müstəqil fəaliyyət göstərən media orqanıdır. Məqsədimiz doğru-dürüst informasiyalarla ictimaiyyəti məlumatlandırmaq, Azərbaycanın haqq sözünü dünyaya çatdırmaqda yardımçı olmaq, düşmənlərimizlə apardığımız informasiya savaşında iştirak etməkdir.

www.kivnews.com" İnformasiya Portalı 2016-cı noyabrın 1-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. www.kivnews.com saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, xəbər portalında müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Kivnews.com İnformasiya Portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və xəbər portalın internet saytında "qaynar-xətt" fəaliyyət göstərir ki, oxucuların rastlaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

"Kivnews.com" İnformasiya Portalının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

***

Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasinin qanunu

Maddə 1. Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və  yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Maddə 8. Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə  operativ və  doğru‐dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə  müəyyənləşdirilmiş  qaydada və  müddətdə  baxılır. Qanunda göstərilən müddətdə  həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

 

 

Bütün məlumatları düzgün dolduraraq bizimlə əlaqə saxlaya bilərsiniz.