> <
Sabah gecə yağış yağacaq | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4213 - dəfə oxunub

Sabah gecə yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 20-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.


Oxşar xəbərlər
Sabunçuda reyd: sürücülər cərimələndi
13/12/2018
“Oskar” ərəfəsində böyük qalmaqal
12/12/2018
Bakıda VI Ağıl Oyunları Festivalı keçiriləcək
11/12/2018
Qar, yağış, külək – HAVA DƏYİŞİR
11/12/2018
Yasamalda gənc kitab oxumağa yer tapmadı – 11-ci mərtəbənin eyvanına çıxdı- VIDEO+FOTO
10/12/2018
Kolbasa və sosislərlə bağlı ŞOK İDDİA – VİDEO
10/12/2018
Bakının məşhur bazarı tamamilə söküldü – FOTO
10/12/2018
Misirdə qalmaqal — Cütlük Xeops piramidasına dırmaşıb cinsi əlaqəyə girdi -FOTO
10/12/2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
09/12/2018
Bu stansiyaya giriş-çıxış vaxtına məhdudiyyət uzadıldı
07/12/2018
Hacıqabulda idarə müdiri yol qəzasında öldü
06/12/2018
Türkiyədə Koroğlunun 70 metrlik heykəli qoyulur
06/12/2018
Sabah Bakıda külək olacaq
06/12/2018
Binaların məhəllələrində maşın saxlamaq pullu oldu
06/12/2018
Daha bir nəfər dəm qazından zəhərlənib
06/12/2018