> <
Xaricdə təhsil adı ilə 100 nəfərin pulunu alaraq yoxa çıxdı – Video | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

Xaricdə təhsil adı ilə 100 nəfərin pulunu alaraq yoxa çıxdı – Video

Bakıda daha bir xaricdə təhsil mərkəzi vətəndaşları kütləvi şəkildə aldadıb.
Kivnews.com Xezerxeber.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərdən birinin sözlərinə görə, təhsil mərkəzi tərəfindən onun pulu alınsa da sonradan bağlanan müqaviləyə əməl edilməyib.

Zərərçəkmiş Zaur Qurbanov bu ilin mayında paytaxtın Səbail rayonu Nizami küçəsi 48 ünvanında olan “Leveland” xaricdə təhsil mərkəzinə müraciət edib. Orada kursun rəhbəri İsgəndər Ağayevə 1800 dollar pul ödəyib. Özünə isə 1 həftə sonra Amerikaya gedəcəyi deyilib. Bir həftədən sonra Zaur Qurbanov yenidən təhsil mərkəzinə müraciət edib. Amma həmin vaxt təhsil mərkəzinin bağlı olduğunu görərək İsgəndər Ağayevə zəng vurub. Telefonu bağlı olduğundan ona SMS yazıb. Bir müddət sonra İsgəndər Ağayev zərərçəkmiş Zaur Qurbanova mesaj yazaraq bildirib ki hazırda xarici ölkədədir.

Həmin təhsil mərkəzinin bağlanaraq yerində başqa bir şirkətin fəaliyyət göstərdiyini görən Zaur Qurbanov məsələ ilə bağlı Səbail rayon 9-cu polis bölməsinə məlumat verib.

Sonradan məlum olub ki, adıçəkilən mərkəz tərəfindən xaricdə təhsil adı ilə yalnız o aldadılmayıb.

Səbail Rayon Polis İdarəsindən bildirilib ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.


Oxşar xəbərlər
Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı
13/12/2018
Təhsil idarəsindən XƏBƏRDARLIQ: Yeni il şənliyi üçün pul yığılsa…
12/12/2018
Bakı üzrə ümumilikdə 143 qurumuş ağac 2000-dən çox müxtəlif cinsli tinglə əvəzlənib
12/12/2018
Qaraçuxur və Əmircanda su olmayacaq
10/12/2018
Yol polisinin gizli xidməti ilə bağlı iddialara – Rəsmi münasibət
10/12/2018
Cəbhədə düşmən təxribatı davam edir
09/12/2018
İstirahət günlərinə olan hava proqnozu açıqlanıb
07/12/2018
Aqil Abbas: Özəl telekanallar əxlaqsızlığı yayır
07/12/2018
Ceyhun Hacıbəylinin varisləri Bakını gəzdi – Fotolar
05/12/2018
Cəbhədən silah səsləri gəlir
05/12/2018
Bakıda polislər yenicə ailə quran gəncləri dəm qazından XİLAS ETDİLƏR
04/12/2018
Əlbir olub “İron İnşaat” Hacıbala Abutalıbovla – Bakıda zorla satın alınan ev
04/12/2018
Bakıda havanı zəhərləyən vəzifəli şəxs cəzalandırıldı
04/12/2018
Azərbaycanda bu məzunlar qəbul imtahanlarından AZAD OLUNACAQLAR
03/12/2018
Azərbaycanda xüsusi cihaz: boş evdə səs-küy salır…
03/12/2018