> <
Əli Həsənov: “Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4210 - dəfə oxunub

Əli Həsənov: “Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”

Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına və müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib.

SİA-nın verdiyi məlumata görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.

Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb.

“Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib.

Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”, – deyə Əli Həsənov qeyd edib.


Oxşar xəbərlər
Xələf Xələfova yeni vəzifə verildi
13/12/2018
Xələf Xələfov vəzifəsindən azad edildi
13/12/2018
“Verdiyimiz hər bir sözə əməl edirik” – İlham Əliyev
13/12/2018
Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ
13/12/2018
Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?
13/12/2018
Fuad Poladovun oğlu BMT-də çıxış etdi – Video
12/12/2018
Polis rəisində 419 min manat haradandır – Rəqsanə borcunu vermədiyi üçün EVİ ƏLİNDƏN ALINIR
12/12/2018
Heydər Əliyevsiz 15 il…
12/12/2018
Novruz Məmmədovdan sərəncam – Işçi qrupu yaradıldı
11/12/2018
Əli Əhmədov: Beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmir
11/12/2018
Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR
11/12/2018
Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb
11/12/2018
Prezidentdən televiziyada siqaret qadağası ilə bağlı – Fərman
10/12/2018
Fədayə Laçının vəkili: “Çox üzücüdür…”
10/12/2018
Xəzər TV-nin məşhur aparıcısı nişanlandı (FOTO)
10/12/2018