> <
“Xətai”dəki susuzluğun səbəbi məlum oldu – Yeniləndi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4216 - dəfə oxunub

“Xətai”dəki susuzluğun səbəbi məlum oldu – Yeniləndi

Bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsu ASC-dən Axar.az-averilən məlumata görə, məhdudiyyətlət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

***

Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:

“Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq”.

***

Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində yaranmış məhdudiyyətin səbəbi məlum olub.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, buna “AzərSuTikinti” xəstəxanası yaxınlığında “+ 82 Şərq” su anbarı adlı ərazidən keçən su boru kəmərində sızmanın baş verməsi səbəb olub.

“Bu gün “AzərSuTikinti” xəstəxanası yaxınlığında, “+ 82 Şərq” su anbarı deyilən ərazidən keçən su boru kəmərində sızma baş verib. Axşam rejimində əhaliyə mümkün qədər su verildikdən sonra su verilişi yenidən dayandırılıb və indi təmir işləri yenidən davam etdirilir”, – deyə A.Cəbrayıllı bildirib.

Bundan əvvəl Sabah Bakının Xətai rayonuna içməli suyun verilişinin yenidən məhdudlaşdırılacağı bildirilib.


Oxşar xəbərlər
Sabunçuda reyd: sürücülər cərimələndi
13/12/2018
“Oskar” ərəfəsində böyük qalmaqal
12/12/2018
Bakıda VI Ağıl Oyunları Festivalı keçiriləcək
11/12/2018
Qar, yağış, külək – HAVA DƏYİŞİR
11/12/2018
Yasamalda gənc kitab oxumağa yer tapmadı – 11-ci mərtəbənin eyvanına çıxdı- VIDEO+FOTO
10/12/2018
Kolbasa və sosislərlə bağlı ŞOK İDDİA – VİDEO
10/12/2018
Bakının məşhur bazarı tamamilə söküldü – FOTO
10/12/2018
Misirdə qalmaqal — Cütlük Xeops piramidasına dırmaşıb cinsi əlaqəyə girdi -FOTO
10/12/2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
09/12/2018
Bu stansiyaya giriş-çıxış vaxtına məhdudiyyət uzadıldı
07/12/2018
Hacıqabulda idarə müdiri yol qəzasında öldü
06/12/2018
Türkiyədə Koroğlunun 70 metrlik heykəli qoyulur
06/12/2018
Sabah Bakıda külək olacaq
06/12/2018
Binaların məhəllələrində maşın saxlamaq pullu oldu
06/12/2018
Daha bir nəfər dəm qazından zəhərlənib
06/12/2018