> <
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4230 - dəfə oxunub

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çinin Şanxay şəhərində təşkil olunmuş “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur.

Nazirlikdən Kivnews-a verilən məlumata görə, sahəsi 120 kvadrat metr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.

Artıq “Azəri Şərab” şirkəti Çinin Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli içkilərin ixracına dair müqavilə bağlayıb. Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.

“Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.

Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.


Oxşar xəbərlər
Yeni cərimə növü bu gündən qüvvədədir – 50 manat
11/12/2018
Yaponiya da ABŞ-ın çağırışına qoşuldu – “Huawei”ə qadağa
10/12/2018
Zahid Məmmədov: Heç bir iqtisadi reallığa və elmi tədqiqata əsaslanmadan məzənnə ilə bağlı fikir yürütmək qəbuledilməzdir
09/12/2018
OPEK qərarını verdi
07/12/2018
Nazirin manat açıqlamasının əsl mahiyyəti… – Rəsmi açıqlama
07/12/2018
Naxçıvanda xizək mərkəzi tikilir
06/12/2018
OPEK ölkələri neft hasilatını azaltmaqla bağlı razılaşdı
06/12/2018
Bakıda ən az maaşı bu şəxslər alır
05/12/2018
Vergini bu cür ödəyəcəyik – Ekspert düstur açıqladı
04/12/2018
Vergi Məcəlləsində dəyişiklik: niyə anlaşılmır? – Ekspert
01/12/2018
Kimlər vergidən azad olundu? – SİYAHI Azərbaycanda mikro və ya kiçik
30/11/2018
Almaniyanın ən iri bankında axtarış – Çirkli pulları yumaqda…
29/11/2018
Azərbaycanda qeyri-adi elan: Nömrəni alana maşın pulsuz verilir – FOTO
28/11/2018
Bu vəzifənin maaşı artırıldı – 2230 manat
27/11/2018
“Expo-2025” bu şəhərdə keçiriləcək
24/11/2018