> <
BSU rektoruna ABŞ-ın iki medalı təqdim olundu | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42216 - dəfə oxunub

BSU rektoruna ABŞ-ın iki medalı təqdim olundu

Spread the love

Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys noyabrın 27-də Bakı Slavyan Universitetinə (BSU) Amerika Birləşmiş Ştatlarının iki yüksək səviyyəli medalını təqdim edib. Kivnews.com BSU-nun Mətbuat xidmətinə istinadla bildirir ki, təqdimetmə mərasimində tələbələrlə yanaşı universitetin rəhbəliyi, alim-professor heyəti də iştirak edib. Qeyd edək ki, 2016-cı ildən BSU ilə əməkdaşlıq edən tanınmış amerikalı politoloq bu il də adıçəkilən universitetin tələbələri qarşısında bir neçə mühazirə ilə çıxış edib, gəncləri maarifləndirmə istiqamətində təlimlər keçib.

Amerikalı diplomat təqdimatdan əvvəl tələbələr qarşısında son mühazirəsini oxuyub, onların çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə iştirak edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakıya son illər ərzində sıx-sıx səfər edən Piter Teysin dünya mətbuatında ölkəmiz barədə müsbət fikirlər səsləndirdiyini, xüsusən Dağlıq Qarabağ problemi ilə bağlı ciddi siyasi açıqlamalar verdiyini, nüfuzlu beynəlxalq tədbirlərdə respublikamızın haqlı mövqeyini müdafiə etdiyini bildirib.

N.Əliyeva bu gün Azərbaycanda dövlət ideologiyasının tərkib hissəsinə çevrilmiş multikulturalizm siyasətinin kökündə də məhz bu səmimiyyətin, humanizmin, insanpərvərliyin dayandığını bildirib. Rektor multikulturalizm siyasətinın Azərbaycanı digər dünya dövlətlərindən fərqləndirən əsas amil olduğunu bildirib. O, 25 il bundan öncə Ümumilli Lider Heydər Əliyevin ölkəmizdə gerçəkləşdirməyə başladığı multikulturalizm siyasətinin Azərbaycanı uçurumdan xilas etdiyini və qısa vaxt ərzində böyük inkişaf yoluna çıxartdığını qeyd edib.

N.Əliyeva Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, Azərbaycanı dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına daxil etdiyini bildirib. Rektor bu uğurlu siyasət nəticəsində tezliklə Dağlıq Qarabağ probleminin də öz ədalətli həllini tapacağını vurğulayıb. N.Əliyeva deyib:

“Qarabağ problemi bizim ən böyük dərdimizdir. Prezident İlham Əliyev hər zaman deyir: “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!” Azərbaycan xalqı inanır ki, müasir texnika ilə təchiz olunmuş ordumuz, vətənpərvər övladlarımız qısa müddətdə Qarabağı azad edə bilər. Ancaq biz qan tökülməsini istəmədiyimizdən, dinc yolla torpaqlarımızın azad edilməsinə nail olmaq istəyirik”.

N.Əliyeva bu işdə dünyanın ədalətli insanlarının, haqsevər siyasətçilərinin də mühüm rol oynamaqda olduğunu bildirib. O, həmin insanların birinciləri cərgəsində Piter Teysin adını çəkib. Universitetin professor-müəllim və tələbə kollektivi adından Piter Teysə minnətdarlıq edən rektor Azərbaycan xalqının ədalətli insanlara daim böyük diqqət və qonaqpərvərlik göstərdiyini vurğulayıb.

Sonra söz alan amerikalı qonaq Bakı Slavyan Universitetində təhsilin yüksək səviyyədə qurulduğunu və bu təhsil müəssisəndə mühazirələr oxumaqdan məmnun qaldığını vurğulayıb. Azərbaycanlı gənclərin istedadlı və potensiallı olduğunu qeyd edən Piter Teys gələcəkdə də burada mühazirə oxumaq istəyini nəzərə çatdırıb. Piter Teys BSU-dakı mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə görə universitetin rektoru, professor N.Əliyevaya Amerika Konqresi Muzeyinin hazırladığı hədiyyəni, Amerika bayrağı və Amerikanın Vaşinqtondakı Azadlıq heykəlini simvolizə edən medalları təqdim edib. Bundan əlavə, Piter Teys Donald Trampın Seçki komandasının loqosunu da univeristetə bağışlayıb.

O, arzusunun Qarabağın erməni əsarətindən azad olmasından sonra orada çay içmək olduğunu bildirib.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Sabah hava necə olacaq?
23/06/2022
Beş yaşlı Əfrasiyabın anası: “Oğlumu ölməyə qoymayın” – FOTO
23/06/2022
Kəlbəcərdə cüyür balası tapıldı… – DİN-dən xəbərdarlıq
22/06/2022
Əfqanıstanda güclü zəlzələ – 255 ölü, 150 yaralı
22/06/2022
“Oskar” mükafatlı rejissor saxlanıldı
21/06/2022
Bakıdakı dəbdəbəli toy görüntüləri gündəm oldu – Video
20/06/2022
Həcc ziyarətində zəvvarlar üçün yeni qaydalar
19/06/2022
Araq içdikdən neçə saat sonra maşın sürmək olar?
18/06/2022
Bazar günü hava necə olacaq?
18/06/2022
Azyaşlı nəvəsinin öldüyünü deyirdi, yalanı üzə çıxdı – Foto
18/06/2022
Azərbaycana ən böyük kibertəhdidi bu ölkələr yaradır
17/06/2022
Məşhur “Taxt oyunları” qayıdır
17/06/2022
Bakıda bu yollarda sıxlıqdır – FOTO
16/06/2022
Sabaha olan hava PROQNOZU
16/06/2022
Əməkdar artist ilk dəfə danışdı: “Anamın son nəfəsinə çata bilmədim” – VİDEO
16/06/2022