> <
“2500 manatlıq çələng əvəzinə 50 ailəyə yardım etmək olardı” — Tural Abbaslı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

“2500 manatlıq çələng əvəzinə 50 ailəyə yardım etmək olardı” — Tural Abbaslı

Spread the love

Ötən gün ölkə mediasında gündəmə çevrilən xəbərlərdən biri də millət vəkili Ağalar Vəliyevin anasının məzarı üzərindən böyük bir çələngin oğurlması faktı oldu. Və xəbər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrildi. Hadisəni gündəmə çevirən əsas məsələ isə adi çələngin qiymətinin 2500 manat təşkil etməsi idi. Olayla bağlı insanları düşündürən suallar isə təxminən belədir ki, görəsən, yeddi ay öncə dünyasını dəyişən deputatın anasının məzarı üzərinə indiyə qədər neçə min manatlıq gül dəstələri qoyulub. Ümumiyyətlə müharibədən yeni çıxan, veteran, qazi və şəhidləri olan bir ölkədə belə israfçılığa nə lüzum var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, istər milli, istərsə də dini baxışlarımıza görə analar müqəddəsdir: “Cənnət anaların ayaqları altındadır və onların yeri ən yüksəkdədir. Biz analara nə etsək də azdır. Bu müqəddəs varlıqlara diqqət və qayğı sona qədər olmalıdır. Ancaq dini baxıma görə də, əgər ortada dünyasını dəyişən insana faydalı iş görmək niyyəti varsa, o zaman həmin pula bir yetimi doyuzdurmaq, hansısa tələbənin təhsil haqqına yardım etmək, aztəminatlı ailəyə ərzaq dəstəyi göstərmək olar. Onların xeyir-duası dünyasını dəyişən insan üçün daha faydalıdır, nəinki gül çələngləri. O çələnglər oğurlanmasa belə, bir neçə günə solacaq”.

“2500 manatlıq çələng əvəzinə 50 ailəyə yardım etmək olardı” – Tural Abbaslı

Tural Abbaslının sözlərinə görə, şəxsin millət vəkili olması məsələnin ictimaiyyət tərəfindən müzakirə edilməsi ilə nəticələnib: “Millət vəkilləri və vəzifəli şəxslər əslində bir nümunə olmalıdırlar. Bu baxımdan müzakirə olunan mövzu uğurlu nümunə deyil. Pandemiyadan əziyyət çəkə insanların olduğu bir vaxtda, belə böyük bir məbləğə gül çələngi almaq və israfçılıq etmək doğru sayılmır. Yəni bu adamın millət vəkili olması məsələni şəxsilikdən çıxararaq ictimai işə çevirir. İctimai qınaq isə çox olmalıdır ki, bəlkə bu cür düşüncə sahibləri doğru yola gələrlər”.

Partiya sədri deyir ki, 50 ailəyə həmin pulla yardım etmək olardı: “50 ailəni 4 nəfərdən hesablasaq, bu, 200 insan edir. Bu qədər insanın 10 günlük də olsa yaşam və qayğılarını asanlaşdırmaq olardı. Bəlkə də dünyasını dəyişən şəxs üçün o gülün oğurlanması daha faydalıdır. Çünki çələngi sataraq pula çevirəcək və özü üçün qida alacaq. Bu daha çox savaba yazılır, nəinki 2500 manatlıq çələng”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021