> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4216 - dəfə oxunub

25 qazi yüksək texnologiyalı protezlə təmin edildi

Spread the love

“Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailəsi üzvləri, Vətən müharibəsi qaziləri və yaxınlarından ibarət artıq 23 mindən çox şəxsi əhatə edib. Bu tədbirlərdən biri də Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlə təminatıdır. Artıq 25 qazi yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 qazinin də protezlərlə təminatı prosesi yekunlaşır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər aparılır. İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri də dəvət olunmaqla, onlarla birgə bu kateqoriyadan olan 32 qazimizdən müvafiq ölçülər artıq götürülüb. Yaxın vaxtlarda onlar da yüksək texnologiyalı protezlərlə təmin olunacaq. Hərbi həkim komissiyaları tərəfindən təqdim edilmiş şəhadətnamələr əsasında Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir. Şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib. Nazir əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluğunun təmin olunması, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi işlərində müasir texnologiya və rəqəmsallaşmanın imkanlarından da istifadəyə də xüsusi önəm verildiyini bildirib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
07/06/2021
İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq
07/06/2021
Azərbaycanda gənci sel apardı
07/06/2021