> <
Başçının müavini azyaşlı qızı döyüb? – “Biz bilmərik ki…” – İcra Hakimiyyəti | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42141 - dəfə oxunub

Başçının müavini azyaşlı qızı döyüb? – “Biz bilmərik ki…” – İcra Hakimiyyəti

Spread the love

Sosial şəbəkədə Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkərandakı 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın (Babayeva) azyaşlını döyməsi barədə iddia yayılıb.

İddianı əks etdirən fotoları Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yayıb.

O bildirib ki, fotoları ona göndəriblər:

“Fotoları göndərən şəxs bildirib ki, məktəblini attestatı vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər. Səbəb onun Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb, amma belə yox”.

Məsələ ilə bağlı Cebhe.info əməkaşı Rəsilə Əliyeva ilə əlaqə saxlasa da, zənglərə cavab verməyib. İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Asif Əliyev də məsələyə fikir bildirməyib:

“Bu iddiaya həmin şöbədən münasibət bildirilməlidir. Biz bilə bilmərik ki…”

Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini Cavad Miriyev R.Əliyevanın iclasda olduğunu bildirib. Uzun sürən cəhddən sonra ictimai-siyasi və humanitar məsələlər şöbəsi ilə əlaqə yaratmaq mümkün olub. Şöbənin əməkdaşı Könül xanım saytımıza açıqlamasında suala birbaşa cavabdan yayınıb:

“Attestatı İcra Hakimiyyəti vermir ki. Bunu hamı bilir”.

Məsələnin attestat yox, zorakılıq olduğunu bildirsək də, xanım əməkdaş telefonu söndürüb. Yenidən əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı
04/10/2022
“Bakı Metropoliteni”: “Yeni stansiyada sınaq işləri aparılır”
03/10/2022
Sabahın havası açıqlandı
28/09/2022
Azərbaycana iki çamadan “iPhone” keçirmək istəyən şəxs Gömrükdə saxlanıldı – FOTOLAR
26/09/2022
Kəndə qaz çəkib sayğacı 282 manata satırlar – Göyçaydan ŞİKAYƏT
26/09/2022
Külək Bakıda ağacı aşırıb
25/09/2022
DYP sürücülərə xəbərdarlıq etdi
24/09/2022
Sosial yardımlar bu tarixdə ödəniləcək
23/09/2022
Sabah yağışlı hava olacaq – PROQNOZ
23/09/2022
İranda instaqram və vatsap bloklandı
23/09/2022
Qusarda valideynlər övladlarını məktəbə göndərməkdən niyə imtina etdilər? – VİDEO
22/09/2022
Hərbi texnikamızın üzərinə yazılan hərflərin mənası nədir? – Foto
21/09/2022
Sabahın havası açıqlandı
20/09/2022
Əfqanıstanda PUBG oyunu qadağan olundu
20/09/2022
Sabahın havası AÇIQLANDI
19/09/2022