> <
13 mənzili soydu, pulları mərc oyunlarına xərclədi | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42313 - dəfə oxunub

13 mənzili soydu, pulları mərc oyunlarına xərclədi

Spread the love

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən etibarən şəhər ərazisindəki mənzillərdən silsilə oğurluqlar edən, əvvəllər də analoji cinayət əməlinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan Asiman Allahverdiyev tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manata yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

O, istintaqa verdiyi ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib. Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Allahverdiyevin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edə bilərlər.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi –DİN-dən açıqlama
04/10/2022
Lənkəranda axundu məscidin həyətində bıçaqladılar
29/09/2022
Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş
27/09/2022
Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı – FOTO
24/09/2022
DİN-dən tanınmış aparıcıya hücumla bağlı AÇIQLAMA YENİLƏNDİ (VİDEO)
23/09/2022
Sumqayıtda zavodda bədbəxt hadisə – Ölən var
23/09/2022
Bakıda bahalı “Range Rover”lə ağır qəza törədən görün kimdir – FOTO
21/09/2022
Bakıda FACİƏ: 18 yaşlı qız binadan düşdü – FOTO
20/09/2022
Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar – YENİLƏNDİ
12/09/2022
Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
07/09/2022
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ÖLDÜ
06/09/2022
İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritetin – Fotosu
04/09/2022
Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
04/09/2022
Salyanda gecələr evlərə girərək insanları dəmirlə döyən şəxs saxlanıldı – Görün kimdir? RƏSMİ (FOTO)
29/08/2022
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO
26/08/2022