> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

Ət “oğurladığı” üçün qəssab tərəfindən ayağı kəsilən pişiklə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Spread the love

Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin bir ayağını kəsdiyinə dair yayılan iddialar əsassızdır.

Bu barədə KivNews-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, aparılan ilkin araşdırmalar zamanı kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb:

“Araşdırma zamanı həmin pişiyin bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirildiyi və o gündən həmin pişiyə orada xüsusi qulluq olunduğu məlum olub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb.”

E.Hacıyev onu da əlavə edib ki, iş üzrə inzibati qanunvericiliyin normalarına müvafiq olaraq zəruri tədbirlərin görülməsi təmin olunacaq:

“Hadisənin baş verdiyi kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb”

10:20

Sosial şəbəkələrdə insanı dəhşətə gətirən bir video yayılıb.

Videoda qəssab tərəfindən ayağı kəsilən pişiyin əziyyət çəkməsi əks olunub. Bildirilir ki, buna səbəb pişiyin ət “oğurlaması” olub.

Hələlik görüntülərin harada çəkildiyini dəqiq bilinmir. Oxu.Az bunu müəyyən etmək istiqamətində araşdırma aparır.

Videonu təqdim edirik:

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Bakıda 36 dərəcə isti olacaq
01/08/2021
“Delta Plus” ştammı uşaqlarda da aşkarlandı
30/07/2021
Rusiyada yaşayan, sahibkar Teymur Qurbanovun Baş Prokurora Müraciəti
30/07/2021
Koronavirusun kişilərdə cinsi funksiyalara təsiri araşdırılıb
30/07/2021
Ağcabədidə küçəyə atılan körpənin anası tapıldı
29/07/2021
Ən yüksək bal toplayan abituriyentlərin sayı AÇIQLANDI
29/07/2021
Xəzər dənizində dalğanın hündürlüyü altı metrə çatıb – FAKTİKİ HAVA
28/07/2021
Qəbul imtahanlarının cavabı AÇIQLANDI
28/07/2021
Sürücülərin DİQQƏTİNƏ: Heydər Əliyev prospektində YENİLİK – VİDEO
28/07/2021
Bakıda güclü külək fəsadlar törətdi – FOTO
28/07/2021
Sabahkı hava narahatlıq yarada bilər
27/07/2021
Koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbi aşkarlandı
27/07/2021
İmtahanda ən yüksək balı onlar yığdı
26/07/2021
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı – 3 nəfər öldü
26/07/2021
Daha bir ölkədə daşqın təhlükəsi – Əhali təxliyyə olundu
24/07/2021