> <
Əli Heydərovu “paqona işlədiyi” üçün güllələdilər? – İKİNCİ VERSİYA “LOTU QULİ”YƏ GÖRƏ QİSASDIR | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4266 - dəfə oxunub

Əli Heydərovu “paqona işlədiyi” üçün güllələdilər? – İKİNCİ VERSİYA “LOTU QULİ”YƏ GÖRƏ QİSASDIR

Spread the love

Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı "vor zakon" Əli Heydərovun ("Albert Rıjiy") qətli ilə əlaqədar iki əsas versiyanı nəzərdən keçirirlər. Birinci versiya onun güc strukturları ilə əməkdaşlıq etməsi, ikincisi ötən ilin avqustunda Antalyada güllələnən digər məşhur azərbaycanlı kriminal avtoritet "Lotu Quli"yə (Nadir Səlifov) görə qisasdır.

Kivnews.com virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya mətbuatı bu nümayişkarənə qətl barədə geniş yazmaqdadır. Xəbər verildiyi kimi, günorta saatlarında "Albert Rıjiy" yaşadığı binanın altındakı fitnes zalında qaçış cığırında idman edərkən killer ona yaxınlaşıb, bir neçə dəfə atəş açıb və daha sonra arxayın şəkildə hadisə yerindən uzaqlaşıb. Qətl anı videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Görüntülərə əsasən killerin Taleh Namiq oğlu Orucov olduğu (ən azından bu ad-soyadla sənədi olan) məlum olub. Hazırda onun axtarışları gedir.

Məlum olub ki, killer "qanuni oğru"ya döyüş təyinatlı tapança-pulemyotdan atəş açıb, daha sonra silahı çantasına qoyaraq uzaqlaşıb.

"Heydərovun qətlində əsas versiya onun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsinə görə oğru dünyasının qisasıdır. Məsələ burasındadır ki, Əli Heydərov ötən il həbsdən şərti cəza ilə azadlığa çıxıb, Rusiyanın kriminal aləmində ilk dəfədir ki, "qanuni oğru" titulunu daşıyan biri bu maddə ilə azadlığa çıxır. Çünki bunun üçün həbsxana administrasiyası ilə əməkdaşlıq etmək tələb olunur, bu da "qanuni oğru"lara qadağandır",-"Moskovskiy Komsomolets" qəzeti situasiya ilə tanış olan mənbəyə istinadən yazır. İstisna edilmir ki, "Albert Rıjiy" həbsxanada nüfuzlu kriminal avtoritetlərin əleyhinə ifadə verib.

İkinci versiya isə "Lotu Quli"yə görə qisasdır. Belə ki, kriminal aləmdə "Albert Rıjiy" "Lotu Quli"nin qətlinin sifarişçisi hesab olunurdu. Baxmayaraq ki, onların hər ikisi "Ded Xasan" ləqəbli Aslan Usoyanın (hazırda sağ deyil) qruplaşmasına daxil idi, amma "Ded"in sağlığında aralarında düşmənçilik yaranmışdı. Qəzet yazır ki, bu düşmənçilik "Ded Xasan"ın öldürülməsindən sonra da səngiməyib.

Qeyd edək ki, "Lotu Quli"nin qətlinin sifarişçisi kimi əsasən "Rövşən Lənkəranski"nin klanı nəzərdən keçirilir.


"Albert Rıjiy" Rusiyanın Arxangelsk və Xabarovsk vilayətlərində "Ded Xasan"ın qruplaşmasının təyin etdiyi "nəzarətçi" olub, daha sonra kriminal karyerasına Sankt-Peterburqda davam edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqlayıb – Bakıdakı qətlin təfərrüatı
16/06/2021
Bakıda kişi özünü dənizə atdı
16/06/2021
100 minlik qol saatları oğurlayan şəxs tutuldu – FOTO
10/06/2021
Narkotacir “Mail Naxçıvanski”nin qətlinin təfərrüatı – VİDEO
09/06/2021
Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
09/06/2021
Bakıda maşından 100 minlik qol saatı oğurlandı
08/06/2021
Vəkil Abdullayevin anası: “Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm”
05/06/2021
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl
03/06/2021
Şəmkir polisi silahlı şəxslərə qarşı əməliyyat keçirdi
31/05/2021
Aeroport yolunda ağır qəza – 2 ölü, 6 yaralı+Foto
24/05/2021
15 yaşlı qız faciəli şəkildə öldü
23/05/2021
Suraxanıda narkotiktacirlər dəstəsi saxlanılıb
22/05/2021
Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdı
20/05/2021
Rasim Məmmədovun bacanağı intihar etdi
18/05/2021
Apellyasiya Məhkəməsinin azadlığa buraxdığı “avtoş” sürücü ağır qəza törətdi – VİDEO
09/05/2021