> <
Əli Həsənovdan Şahbaz Quliyevin ittihamlarına – Cavab | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4261 - dəfə oxunub

Əli Həsənovdan Şahbaz Quliyevin ittihamlarına – Cavab

Spread the love

“Mən o adamla əlaqədar heç bir şey demirəm”. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib. O, daha sonra fikirlərini belə davam etdirib:

“Zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər. Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü”.

Ə.Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovu Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına da münasibətini bildirib:

“Mən Müdafiə Nazirliyi zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram”.

Qeyd edək ki, uzun müddət erməni girovluğunda qalmış Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib. Ş.Quliyev deyib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov göndərib. O, Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını və əllərinə silah, qranat verildiyini iddia edib.

“O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, “dövlətə lazımsan” deyib, göndərdilər. Əslində, məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular. Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Partiya rəhbərləri Zəngilana getdi
24/06/2022
Yuri Şatunovun ölümündən əvvəl son görüntüsü – Video
23/06/2022
“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da, bir az gecikməsi olub” – FOTO
23/06/2022
“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi”
23/06/2022
Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
23/06/2022
Səfər Mehdiyevdən saxlanılan generalın yerinə – Təyinat
22/06/2022
Öz evini bərpa etmək istəyən köçkünlərə dövlətdən ŞAD XƏBƏR
22/06/2022
Türkiyənin turizm rayonunda güclü meşə yanğınları yaşayış yerlərinə yayıldı: İnsanlar təxliyyə edilir – VİDEO
22/06/2022
The Role of your Board of Directors
22/06/2022
İlham Əliyev Özbəkistana getdi
21/06/2022
Deputatların da maaşı artırılır
21/06/2022
Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı QƏRAR
20/06/2022
DTX Gömrük Komitəsində əməliyyat keçirdi – Vəzifəli şəxslər saxlanıldı
20/06/2022
Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu – AUDİO
20/06/2022
Rusiyalı siyasətçinin Bakıda qəfil ölümü ilə bağlı araşdırma başladı
20/06/2022